Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının yanvarın 10-dan 23-dək Bakıda təlim-məşq toplanışı olacaq.
Sportinfo.az xəbər verir ki, baş məşqçi İlqar Aslanov hazırlıq prosesinə 16 futzalçı dəvət edib. Toplanışın sonunda səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.
Qapıçılar: Əbdül Hüseynov, Hüseyn Hüseynov
Oyunçular: Əli Həsənzadə, Rəvan Məsiyev, Pünhan Qasımov, Ədalət Ələkbərov, Nazim Hüseynov, Rəvan Quliyev, Mətləb Osmanov, Hüseyn Cəfərzadə, Oqtay Mahmudzadə, Ümid Qəhrəmanov, Hüseyn Məmmədli, Bəyoğlan Vəlizadə, Umud Qasımov, Aslan Qasımlı
B qrupunda yer alan U-19 yanvarın 25-də Kosovo, ertəsi gün – yanvarın 26-da San Marinonun müvafiq yaş qrupunundan ibarət yığması ilə qarşılaşacaq.
Bu qrupun oyunları San Marinoda keçiriləcək. Birinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələnin görüşləri isə martın 21-dən 26-dək keçiriləcək.