"Yığmada görəcəyimiz işlər çoxdur".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan - İsveç oyunu 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Mütəxəssis heç-heçə etdikləri görüş barədə danışıb:
"Oyuna çox yaxşı başlamışdıq, hətta qol da vurduq. Lakin cərimələrimizin sayı çox idi.
Artıq 12 dəqiqə ərzində 5 dəfə qayda pozuntusuna yol vermişdik. Bundan sonra öz oyunumuzu oynaya bilmədik.
İkinci hissəyə də yaxşı başladıq, futzalçılarımın oyunundam çox razı qaldım. Bununla belə, yığmada görəcəyimiz çox işlər var".