Futzal üzrə Yüksək Liqada V turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ilk oyunda gənclər yığması ilə son çempion gücünü sınayıb.
“Araz-Naxçıvan” üçün daha çox məşq xarakteri daşıyan görüşdə “qırmızı-ağlar” böyükhesablı qələbəyə sevinib.
Mərkəzi oyun isə gözlənildiyi kimi, daha gərgin keçib. Eyni xala malik olan və ilk iki pillədə qərarlaşan komandalar birinci dövrənin qalibini müəyyənləşdirməli idi.
Oyuna “Baku Fire” yaxşı başladı. Ardıcıl qollar vuran nominal qonaqlar fasiləyə hesabda üstün yollanıb. İkinci hissədə ssenari dəyişdi.
Bu dəfə “Neftçi” qolları sıraladı və 25-ci dəqiqədə oyunda ilk dəfə olaraq hesabda önə keçdi. Buna qədər isə “ağ-qaralar” əsas “silahı” olan İsa Atayevin zədələnərək oyunu davam etdirə bilməyəcəyinə üzülmüşdü.
31-ci dəqiqədə “5-ci oyunçu” kimi meydana çıxan Manafov tablodakı rəqəmləri eyniləşdirməklə het-trikini də rəsmiləşdirdi. Lider sonrakı dəqiqələrdə də qol vurmaqla hesabdakı üstünlüyünü artırdı.
Tura “Şuşa”nın qələbəsi ilə yekun vurulub. Düzdür, hesabı “Yasamal Bakı” açıb. Amma debütant ardıcıl qollarla qələbəsini təmin edib.
U-19 - Araz Naxçıvan (0:6) 0:11
Qollar: Xəzər Ağalızadə, 5:23, 39:16, İmaməli Hüseynov, 5:30, 19:24, Amirhossein Rasuli, 7:19, 39:54, Ali Rostami, 15:30, 20:51, 21:40, Ülvi Əliyev, 16:52, Qüdrət Qasımzadə, 32:07
Neftçi İK İB - Baku Fire (2:4) 5:8
Qollar: İsa Atayev, 8:56, 22:56, Namiq Məmmədkərimov, 14:17, Mirzə Əmirov, 24:52, Fərid Atakişiyev, 25:19 // Nihad ismayılov, 5:30, Kənan Manafov, 7:43, 11:50, 30:16, 35:00, Amadeu, 18:07, Xətai Bağırov, 31:02 (ö.q), İaqo Henrique, 35:57
Yasamal Bakı – Şuşa (1:4) 2:9
Qollar: Anar İsayev, 1:59, Mirəhməd Məmmədov, 34:17 // Fariz Mehralıyev, 2:56, 17:36, Şahbaz Həndəmli, 7:56, 15:06, 35:44, 39:57, Rüstəm Bağırov, 24:04, 33:00, 39:00