Futzal üzrə Bosniya və Herseqovina yığmasının baş məşqçisi Qoran Melher Zenitsada Azərbaycan ilə yoldaşlıq görüşlərində qazanılan qələbələri (7:0, 5:1) şərh edib.
Sportinfo.az xəbər verir ki, rəqibin çalışdırıcısı millimizi məğlub etməkləri barədə bunları deyib:
“Yığmada rəhbərliyim altında keçirilən bütün oyunlar tamam fərqli idi. Bu, Azərbaycanla oyunlara da aiddir.
Fikrimcə, hər iki görüşə ilk dəqiqələrdən son dərəcə ciddi yanaşdıq və bu hazırlıq dövründə yaxşı iş gördüyümüzü göstərdik.
Dünyanın 16-cı komandasına qarşı oynadıq və qələbələr qazandıq”.