COP29

“Onda çox əziyyət çəkdiksə, bu dəfə kobud səhvlər etdik”

6 Noyabr 08:50 Futzal 260
“Onda çox əziyyət çəkdiksə, bu dəfə kobud səhvlər etdik”

Futzal üzrə Bosniya və Herseqovina yığmasına qarşı keçirilmiş yoxlama oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyətlə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Dünənki oyunla müqayisədə yaxşılığa doğru çox böyük fərq vardı. Bu gün uşaqlar çox hərəkət etdilər, demək olar, meydanın hər yerində var idilər.

Səhvlərimiz oldu, amma ilk matçdakı qədər yox. 6-7 real qol epizodu yaratsaq da, cəmi birindən istifadə edə bildik.

Əlbəttə, narazı qaldığım məqamlar da oldu. Dünənki oyunda rəqib qapıçısı beşinci oyunçu funksiyasını yerinə yetirən zaman çox əziyyət çəkdiksə, bu dəfə standart vəziyyətlərin yerinə yetirilməsi zaman kobud səhvlər etdik.

Biri cərimə, ikisi isə künc zərbəsindən olmaqla qollar buraxdıq. Bunun üzərində işləməliyik.

Futzal millimiz ötən gün keçirilən yoxlama görşündə bu rəqibinə 0:7 hesabı ilə məğlub olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi