Futzal üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, komandamız Zeniça şəhərində Bosniya və Herseqovinanın qonağı olub.
Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Jeliç komandasına üstünlük qazandırıb.
Meydan sahibləri ikinci hissədə daha fəal olub və böyük hesablı qələbə qazanıblar.
Bu komandalar arasında növbəti oyun noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
Bosniya və Herseqovina - Azərbaycan 7:0
Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37
Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç
Zeniça. Huseyn Smayloviç adına Arena