COP29

Milliyə dəvət aldılar, 2 saat tər axıtdılar - FOTOLAR

1 Noyabr 02:20 Futzal 291
Milliyə dəvət aldılar, 2 saat tər axıtdılar - FOTOLAR

Azərbaycanın futzal millisi Bosniya və Herseqovina ilə keçirəcəyi yoldaşlıq oyunlarının hazırlığına başlayıb.

Sportinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov ikisi qapıçı olmaqla, ümumilikdə 14 futzalçıya dəvət göndərib.

Bu gün baş tutan məşq prosesi 2 saata yaxın davam edib və futzalçılar əsasən taktiki tapşırıqları yerinə yetiriblər. Bakıda məşqlər noyabrın 2-dək davam edəcək. Ertəsi gün komanda Bosniya və Herseqovinaya yollanacaq.

Oyunlar noyabrın 4-5-də Zenitsa şəhərindəki Huseyn Smayloviç adına idman zalında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Bu, komandanın AVRO-2026-nın əsas mərhələsi çərçivəsində dekabrın 17-də Bakıda İsveçə qarşı oyundan öncə keçirəcəyi son yoldaşlıq görüşləri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi