AVRO-2026-ya hazırlıq məqsədi ilə futzal üzrə Azərbaycan millisi noyabrda 2 yoldaşlıq oyunu keçirəcək.
Sportinfo.az xəbər verir ki, komandamız bu dəfə Bosniya və Herseqovina yığması ilə üz-üzə gələcək.
Oyunlar noyabrın 4-də və 5-də Zenica şəhərində yerləşən Huseyn Smayloviç adına Arenada, yerli vaxtla saat 19:00-da start götürəcək.
Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla bir qrupda yer alıb.