COP29

Klubdakı işini itirdi, millidən də istefaya göndəriləcək

28 Sentyabr 14:40 Futzal 287
Klubdakı işini itirdi, millidən də istefaya göndəriləcək

Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisova vaxt verilib.

O, dekabrda istefaya göndərilə bilər.

Futzal federasiyasının (AFF) rəhbərliyi onun qarşısına konkret məqsəd qoyub - AVRO-2026-nın əsas mərhələsində uğurlu çıxış etmək.

Yığma mübarizəyə dekabrda doğma meydanda start verəcək. Komanda dekabrın 17-də İsveçi qəbul edəcək.

Yanvarın 31-də Xorvatiyanın qonağı olacaq milli fevralın 4-də Bakıda Yunanıstanı sınağa çəkəcək.

Martın 11-də səfərdə Yunanıstan, aprelin 11-də İsveçlə görüşlər baş tutacaq. Sonuncu qarşılaşma isə aprelin 15-də evdə Xorvatiyaya qarşı olacaq.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək.

Qalib gələn 4 milli final mərhələsində oiyimizxnamaq hüququ qazanacaq. Final mərhələsi 2026-cı ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

Çalışdırdığı kollektiv Baltika respublikalarına bilet əldə etməsə, Borisovin 2 illik milli karyerasına son verməsi gərəkəcək.

Daha öncə xəbər verdiyimiz kimi, o, “Araz-Naxçıvan”ın sükanı arxasından ayrılıb.

Klubdaxili iclas zamanı komandanın Çempionlar Liqasındakı çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub. Buna görə də Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.

Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Borisov baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti