Azərbaycanın futzal üzrə Yüksək və I Liqalarında yay "transfer pəncərəsi”nin müddəti uzadılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.
Yay "transfer pəncərəsi"nin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.