COP29

Azərbaycan millisinin oyunlarının tarixi açıqlandı - AVRO-2026

12 Sentyabr 16:20 Futzal 522
Azərbaycan millisinin oyunlarının tarixi açıqlandı - AVRO-2026

AVRO-2026-nın əsas mərhələsində mübarizə aparacaq Azərbaycanın futzal millisinin oyunlarının tarixi bəlli olub.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, yığma mübarizəyə dekabrda doğma meydanda start verəcək.

Komanda dekabrın 17-də İsveçi qəbul edəcək. Yanvarın 31-də Xorvatiyanın qonağı olacaq milli fevralın 4-də Bakıda Yunanıstanı sınağa çəkəcək.

Martın 11-də səfərdə Yunanıstan, aprelin 11-də İsveçlə görüşlər baş tutacaq. Sonuncu qarşılaşma isə aprelin 15-də evdə Xorvatiyaya qarşı olacaq.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək.

Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-cı ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?