COP29

Azərbaycan millisinə 16 oyunçu dəvət edildi - ADLAR

11 Sentyabr 09:40 Futzal 966
Azərbaycan millisinə 16 oyunçu dəvət edildi - ADLAR

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda toplanışı başlayıb.

Sportinfo.az xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək.

Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib.

Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək. Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

Qapıçılar: Emin Kürdov, Vladislav Reznov (hər ikisi "Araz-Naxçıvan"), Kamran Hacıyev ("Baku Fire")

Meydan oyunçuları: Emil Həsənzadə Xəzər Ağalızadə, İlham Alıyev, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Tofiq Mikayılov, Nurlan Mehdizadə, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov(("Baku Fire"), Fərid Atakişiyev, Mirzə Əmirov, Eldar Zeynalov, Seymur Məmmədov (Neftçi İK).

Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?