Sentyabrın 19-da və 20-də Azərbaycan millisi ilə yoldaşlıq oyunları keçirəcək Çexiya yığmasının heyəti açıqlanıb.
Sporinfol.az xəbər verir ki, baş məşqçi Marek Kopeçki 14 futzalçıya dəvət göndərib ki, onlardan 2-si qapıçıdır.
Qapıçılar: Mixal Hula, Adam Vondraçek
Oyunçular: David Drozd, Pavel Drozd, Havrda, Mixal Holy, Adam Knoblok, Tomaş Kaudelka, Kuçta, Kunstner, Maur, Mixal Seidler, Tomaş Vnuk, Radim Zaruba
Hər iki oyun Zlin şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.