COP29

"Yəqin ki, legioner gətirməyəcəyik, komandadan da gedənlər olacaq"

27 Avqust 08:50 Futzal 810
"Yəqin ki, legioner gətirməyəcəyik, komandadan da gedənlər olacaq"

"Yəqin ki, legioner gətirməyəcəyik, bu, çətin məsələdir. Amma komandadan da gedənlər olacaq".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun baş məşqçisi Vitali Borisov planlar barədə danışarkən deyib.

Mütəxəssis yerli futzalçıları heyətə cəlb etməyin çətinliyindən danışıb:

“Komandada hansı dəyişikliklərin olacağı ilə bağlı konkret plan yoxdur. Bu yaxınlarda rəhbərliklə görüşməliyəm.

Azərbaycan çempionatına hazırlaşacağıq. Komandaya bir neçə günlük istirahət vermişdim.

Çempionlar Liqasında iştiraka görə 1 aylıq icarəyə götürdüyümüz futzalçılar var idi. Çox güman, onlarla vidalaşacağıq.

Ancaq sırf azərbaycanlı uşaqları heyətə cəlb etmək çox çətindir. Yığma üzvləri “Neftçi”, “Baku Fire” kimi klublarda çıxış edirlər.

İndiki vəziyyətdə onları dəvət etməyimiz mümkün deyil. Çünki klubları ilə müqavilələri var və ölkə çempionatına hazırlaşırlar”.

O, yenidən Azərbaycan çempionu olmaq istədiklərini vurğulayıb:

“Araz-Naxçıvan”ın həmişə bir məqsədi olub - Azərbaycan çempionu olmaq. Düzdür, digər komandalar da güclənirlər, yaxşı heyətləri var.

Əvvəlcədən heç nə demək olmur. Biz məqsədimizə çatmaq üçün oynayacağıq. Çempionatdakı əsas rəqiblərimiz “Neftçi” ilə “Baku Fire” olacaq”.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" yer aldığı H qrupunda ikinci yeri tutaraq əsas mərhələyə vəsiqə qazana bilməyib.

Vitali Borisovun komandası ilk qarşılaşmada Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”a 7:1, ardınca Estoniya çempionu “Sillamae Silla”ya 7:0 hesabı ilə qalib gəlib, həlledici görüşdə isə İsveçin “Uddevalla” klubuna uduzub - 3:4.

Xəbər Lenti