COP29

Azərbaycan çempionu ÇL-də qrupdan çıxa bilmədi

24 Avqust 18:00 Futzal 754
Azərbaycan çempionu ÇL-də qrupdan çıxa bilmədi

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" klubu mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, yer aldığı H qrupunda son oyununa çıxan komandamız İsveçin “Uddevalla” klubu ilə qarşılaşıb.

Rəqibinə 3:4 hesabı ilə uduzan Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir.

"Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” və Estoniya çempionu “Sillamae Silla” üzərində qələbə qazansa da, bu, yetərsiz olub.

Xəbər Lenti