COP29

Yığmamızın qapıçısı Qazaxıstanda özünə yeni komanda tapdı

1 İyul 01:50 Futzal 321
Yığmamızın qapıçısı Qazaxıstanda özünə yeni komanda tapdı

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Qazaxıstanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı qolkiper öz sosial şəbəkə hesablarında paylaşım edib.

Buna qədər Qazaxıstanın "Atırau" klubunda çıxış edən futzalçı "Astana"ya keçib. Onun müqaviləsi 1 illikdir.

Rövşən Hüseynli 2022-ci ilin oktyabr ayından "Atırau"da oynayırdı.

Digər Xəbərlər
Xəbər Lenti