COP29

Azərbaycan millisinin baş məşqçisi: "İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır"

27 May 03:30 Futzal 461
Azərbaycan millisinin baş məşqçisi: "İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır"

"İlkin hədəf Avropa çempionatına vəsiqə qazanmaqdır".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026 ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis həlledici raundda iştirak etmək istədiklərini bildirib:

"Amma bunun asan olmayacağını bilirik. Favorit komandalar I səbətdə yer alıblar.

Bunlar Portuqaliya və İspaniya kollektivləridir. Hələlik çox fikir bildirmək istəmirəm.

Püşkdən sonra ətraflı danışa bilərik. Amma əsas özümüz bu yarışa hazır olmalıyıq".

AVRO-2026-da seçmə mərhələnin püşkü mayın 30-da atılacaq. Azərbaycan millisi püşkatmada III səbətdə yer alacaq.

40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər.

İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti