COP29

Yığmamızın qapıçısı yeni mövsümlə bağlı konkret qərarını açıqlayacaq

11 May 13:30 Futzal 540
Yığmamızın qapıçısı yeni mövsümlə bağlı konkret qərarını açıqlayacaq

Futzal üzrə Azərbaycan komandasının qapıçısı Rövşən Hüseynli Qazaxıstanın "Atırau" klubunu tərk edib.

Sportinfo.az xəbər verir ki, qolkiperin karyerasını harada davam etdirəcəyi isə hələ bəlli deyil.

O, bununla bağlı yekun qərar verməyib. Məlumata görə, Hüseynli Qazaxıstana geri qayıtmaq ehtimalına sahibdir. Belə ki, ona yüksək liqa klublarından təklif az deyil.

Bununla yanaşı, İran yüksək liqa klublarından da Rövşənin xidmətində olan klublar var. Yaxın günlərdə millimizin qapıçısı yeni mövsümlə bağlı konkret qərarını açıqlayacaq.

Hüseynli son iki ili "Atırau"da keçirib. Bundan əvvəl isə “Araz-Naxçıvan” və “Neftçi” komandalarının qapısını qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti