COP29

Azərbaycana səs salan baş məşqçi: "Hamıdan çox əziyyət çəkdik"

1 İyun 15:00 Futzal 2 219
Azərbaycana səs salan baş məşqçi: "Hamıdan çox əziyyət çəkdik"

«Geridə qalan sezonla bağlı təəssüratlarım çox yaxşıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Fire» futzal klubunun baş məşqçisi Teymur Eyvazov deyib.

Paytaxt təmsilçiçi daha bir uğurlu ili arxada qoyub. Adıçəkilən komanda Yüksək Liqada gümüş medalları qazanmaqla yanaşı, ölkə kubokunun finalçısı olub.

Nəticələrini ilbəil yaxşılaşdıran və öz sahəsində kifayət qədər tanınan gənc mütəxəssis əldə etdikləri nəticələrlə kifayətlənmək istəməkdiklərini söyləyib:

«Yaxşı mövsüm keçirdik. Çempionata yaxşı hazırlaşmışdıq.

Digər Yüksək Liqa klublarından hazırlığa tez start vermişdik. Bilirdik ki, ilk oyunlarda bizi ciddi sınaqlar gözləyir.

Elə sezonboyu keçirdiyimiz oyunlar buna sübutdur. Hamıdan çox əziyyət çəkdik və hər bir sınaqdan üzüağ çıxdıq.

Tariximizdə ilk dəfə gümüş medala sahib olduq. Çempionatın birinci dövrəsində «Araz»la oyunda (2:2) əldə etdiyimiz 1 xal sona bir tur qalmış bizə gümüş medalları qazandırdı.

Ölkə kubokundakı çıxışımız da uğurlu alındı. «Neftçi» ilə yarımfinal oyununda və «Araz»la final oyununda komandam əzmkar oyun nümayiş etdirdi.

Kubokun qalibi ola bilməsək də, bu oyunlarda böyük təcrübə qazandıq. Bu təcrübə gələcək yarışlarda bizə çox kömək olacaq.

Sezonun daha bir uğuru yıgmaya dəvət olunan oyunçularımız oldu. Milliyə ən çox oyunçu məhz bizim klubdan dəvət aldı.

Oyunçularım öz işlərinə peşəkar yanaşır, bu da həm mənim, həm də onlara kömək edir. Artıq bütün diqqətimiz növbəti sezonun hazılğındadır.

Builki nəticələri yeniləmək və daha bir uğurlu sezon keçirmək niyyətindəyik».

Digər Xəbərlər
Xəbər Lenti