COP29

"1:4 hesabı ilə yenilsək də..."

24 Mart 2023 09:00 Futzal 468
"1:4 hesabı ilə yenilsək də..."

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının baş məşqçi əvəzi İlqar Aslanov AÇ-2023-ün əsas mərhələsi çərçivəsində keçirilmiş Bosniya və Herseqovina ilə oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“1:4 hesabı ilə yenilsək də, Fransaya qarşı keçirdiyimiz oyunla müqayisədə daha yaxşı çıxış etdik.

Əlbəttə, təcrübəsizlik sözünü dedi. Hadisələrin gedişatı onu göstərir ki, uşaqlar oyundan oyuna daha inamlı təsir bağışlayır.

Səhvlərimiz üzərində işləməliyik ki, növbəti matçlarda daha yaxşı çıxış edək. Qrupda son oyunumuzu Yunanıstana qarşı keçirəcəyik.

Fransa və Bosniya və Herseqovina ilə müqayisədə onlar səviyyə baxımından bir qədər geri qalır.

Amma hiss olunur ki, komanda olaraq müəyyən təcrübəyə malikdirlər. Bizi maraqlı və gərgin oyun gözləyir”.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?