COP29

Millimizin oyunlarının təqvimi - Avropa çempionatında

03:30 Futzal 610
Millimizin oyunlarının təqvimi - Avropa çempionatında

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

7-ci qrupda yer alan yığma ilk matçını martın 26-da Bosniya və Herseqovina seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

U-19 martın 27-də, saat 22:00-da Xorvatiya, iki gün sonra saat 19:00-da Türkiyə ilə üz-üzə gələcək.

Əsas mərhələnin qarşılaşmaları Xorvatiyada olacaq.

Xəbər Lenti