Futzal üzrə İsveç yığmasının Avropa çempionatının seçmə mərhələsində Yunanıstan və Azərbaycan ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmalar üçün komandaya 15 oyunçu dəvət edilib.
Qapıçılar: Martin Herlin, Patrik Orteqa, Viktor Saf
Oyunçular: Lavdim Azemi, Noraldin Azizi, Hampus Furuplad, Albert Hiseni, Brayn Yohansson, Viktor Mossberq, Mattin Nacafi, Enes Poyraz, Qustav Ridberq, Fehim Smayloviç, Fredrik Söderqvist, Petrit Zubi
İsveç millisi dekabrın 11-də doğma meydanda Yunanıstanla, dekabrın 17-də Bakıda Azərbaycanla qarşılaşacaq.