Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” klubu bu gün səhər saatlarında İsveçə yollanıb.
Sportinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla, 14 futzalçı aparıb.
Marko Prşiç səhhətində yaranmış problemlə əlaqədar Bakıda saxlanılıb.
Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov
Oyunçular - Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Kadinyo, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavlyeviç, Aleksandar Yaniç, Covanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique
Bakı-İstanbul-Göteborq reysi ilə səfərə çıxan təmsilçimiz Göteborqdan oyunların keçiriləcəyi Uddevalla şəhərinə avtobusla yola düşəcək.
Komanda avqustun 21-də “Sparta Belfast” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.
Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire”dən icarəyə götürülüb. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.