COP29

“Baku Fire” Qazaxıstan klubuna Bakılda qalib gəldi

10 Avqust 02:00 Futzal 2 161
“Baku Fire” Qazaxıstan klubuna Bakılda qalib gəldi

Yeni mövsümün hazırlığını davam etdirən Yüksək Liqa təmsilçisi “Baku Fire” yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Bakıda təlim-məşq toplanışında olan Qazaxıstandan “Astana” ilə qarşılaşıb.

Olimpik Starda baş tutan görüş “Baku Fire”in üstünlüyü şəraitində keçib və paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Ötən mövsüm Yüksək Liqada gümüş medal qazanan komandanın heyətində yeni transfer Nurlan Mehdizadə və Fərid Abbasov fərqləniblər.

Azərbaycan millisinin də üzvü olan Rövşən Hüseynli hazırda “Astana”nın formasını geyinir. Qazaxıstan təmsilçisi avqustun 13-də “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Xəbər Lenti
11:20 Bir-bir…