Azərbaycan millisi AVRO-2026-da İsveçə də uduzdu

12 Aprel 00:40 Futzal 1 446
Azərbaycan millisi AVRO-2026-da İsveçə də uduzdu

Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda V turda “Helsinqborq Arena”da İsveçin qonağı olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edib.

Görüş Azərbaycan millisinin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmanın heyətində Oqtay Rüstəmli dubla imza atıb, Xətai Bağırov isə üçüncü qolu vurub.

V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu – dördüncüdür.

İsveç – Azərbaycan 4:3

Qollar: Fredrik Söderqvist, 10:23, 36:41, Petrit Zhubi, 14:59, Donat Qaşi, 38:03 // Oktay Rüstəmli, 1:07, 1:46, Rüstəm Bağırov, 11:50

Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə)

"Helsinqborq Arena"

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"