COP29

Azərbaycan çempionu iki braziliyalı ilə anlaşdı

15 İyul 02:00 Futzal 1 058
Azərbaycan çempionu iki braziliyalı ilə anlaşdı

UEFA Çempionlar Liqasından ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar” son 2 mövsümü komandanın heyətində keçirən Amadeu və Lukas Romao ilə ortaq məxrəcə gəlib.

Hər iki futzalçı 2024-2025-ci il mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirəcək. Baş məşqçi Vitali Borisov da komandadakı vəzifəsini davam etdirəcək.

Braziliyalı Kadinyonu transfer edən ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla başa çatan müqaviləni yeniləməyib. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti