COP29

Azərbaycan çempionu 15 oyunçu sifariş etdi - ÇL üçün

16 Avqust 03:20 Futzal 1 102
Azərbaycan çempionu 15 oyunçu sifariş etdi - ÇL üçün

UEFA Çempionlar Liqasının ilkin mərhələsində çıxış edəcək “Araz-Naxçıvan” heyətlə bağlı yekun siyahını UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, 15 nəfərlik siyahıda 3 qapıçı yer alıb.

Qapıçılar: Emin Kürdov, Kamran Hacıyev, Vladislav Reznov

Oyunçular: Xəzər Ağalızadə, Amadeu, Kənan Manafov, Marko Prşiç, Ülvi Əliyev, Emil Həsənzadə, Lazar Milosavljeviç, Kadinho, Yaniç Aleksandar, Giovanni Valerio, Caique Aledes De Oliveyra, İaqo Henrique

Kamran Hacıyev, Kənan Manafov və İaqo Henrique “Baku Fire” klubundan icarəyə götürülüblər. Onlar Çempionlar Liqası matçlarında “Araz-Naxçıvan”a kömək edəcəklər.

Təmsilçimiz avqustun 21-də “Sparta Belfats” (Şimali İrlandiya), ertəsi gün Estoniya çempionu “Sillamae Silla”, avqustun 24-də isə İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

Xəbər Lenti
11:20 Bir-bir…