COP29

Millimiz Çexiya ilə qarşılaşacaq – İki dəfə

28 Avqust 03:30 Futzal 642
Millimiz Çexiya ilə qarşılaşacaq – İki dəfə

AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə futzal üzrə Azərbaycan millisi 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, komandamız sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq.

Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Millimiz Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.

Xəbər Lenti