COP29

Azərbaycan çempionu heyətini braziliyalı ilə gücləndirdi

23 İyul 12:40 Futzal 2 075
Azərbaycan çempionu heyətini braziliyalı ilə gücləndirdi

“Araz-Naxçıvan” heyətini braziliyalı futzalçı ilə gücləndirib.

Sportinfo.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Covanni Valerio ilə 1 illik müqavilə imzalanıb.

26 yaşlı futzalçının son klubu Portuqaliya “Torreense”si olub. O, müxtəlif illərdə “Korintians”, “Jaraqua”, “Marreko” və “Santo Andre” komandalarının da formasını geyinib.

"Qırmızı-ağlar" buna qədər braziliyalı Kadinyo, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan), İlham Alıyev (U-19) və serb Lazar Miloşavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib.

Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb.

Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?