COP29

Millimizin gənc oyunçusu çempion klubla müqavilə bağladı

23 İyul 02:00 Futzal 805
Millimizin gənc oyunçusu çempion klubla müqavilə bağladı

Çempionlar Liqasının hazırlığını davam etdirən "Araz-Naxçıvan" heyətini gücləndirməyə çalışır.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar” bu dəfə millinin gənc üzvü ilə anlaşıb.

Belə ki, İlham Alıyev qarşıdakı mövsümü çempionun heyətində keçirəcək. İlk dəfə bu ilin aprelində Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı buna qədər U-19-un formasını geyinib.

Braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb.

Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?