COP29

Naxçıvanda dövlət qurumları arasında yarış keçiriləcək

15 Sentyabr 08:10 Futzal 675
Naxçıvanda dövlət qurumları arasında yarış keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi keçirilib.

AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilən yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.

Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Turnirə sentyabrın 14-də start veriləcək və matçları bir müddət əvvəl Naxçıvanda təşkil olunan kurslarda iştirak etmiş hakimlər idarə edəcək.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.

Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!