
Heyətində bir çox ulduz futbolçunu birləşdirən Fransa millisi Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiya millisi ilə bacara bilməyib.
Sportinfo.az xəbər verir ki, 0:2 hesabı ilə başa çatan oyundan sonra Fransa yığmasının baş məşqçisi Didye Deşam jurnalistlərin suallarını cavablandırıb.
2018-ci ildə elə Xorvatiyanı məğlub edib Fransa millisi ilə dünya çempionu olan mütəxəssis cavab oyununda məğlubiyyətin əvəzini çıxacaqlarını düşünür:
“Oyuna yaxşı başlasaq da, bir çox fürsətdən yararlana bilmədik. Amma bu, son deyil.
Qarşıda cavab oyunu var və biz evdə qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Ümid edirik ki, vəziyyəti xeyrimizə dəyişə biləcəyik.”