Avropa Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Lion” çətin durumdadır.
Sportinfo.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, klubun maliyyə vəziyyəti mənfi vəziyyətdədir.
Artıq cümə günü "Lion"un sahibləri DNCG-yə (Fransada peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilat) hesabat təqdim edəcəklər.
Klub xəzinəni doldurmaq üçün müxtəlif addımlara, o cümlədən 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubuna satılmasına, həmçinin bir sıra futbolçuların satılacağına ümid edir.
"Qarabağ" - "Lion" matçı noyabrın 28-də, Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.