“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin de Brüyne ilə müqavilənin uzadılması haqda danışıb.
Sportinfo.az xəbər verir ki, çalışdırcı bu məsələlərlə maraqlanmadığını bildirib:
“Hər şey klubdan asılıdır. Bu, mənim işim deyil.
Söhbət Kevinin mövsümün qalan hissəsində necə çıxış edəcəyindən, yaşından və digər bir çox məsələlərdən gedir. Düşünürəm ki, klub bu barədə fikirləşməlidir”.