COP29

"Qarabağ"ın yeni rəqibi möhtəşəm geridönüş etdi - VİDEO

1 Sentyabr 09:25 Fransa 1 445
"Qarabağ"ın yeni rəqibi möhtəşəm geridönüş etdi - VİDEO

Fransa çempionatında üçüncü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion” öz meydanında “Strasburq”u qəbul edib.

Matçın gedişində 1:3 hesabı ilə geri düşmələrinə baxmayaraq, "aslanlar" yekunda əzmkar qələbə qazanıblar - 4:3.

Bununla da mövsümdə ilk qələbəsini qazanan “Lion” 3 xalla 11-ci qərarlaşıb. “Strasburq” isə 4 xalla 7-cidir.

Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Qarabağ” “Lion”u Bakıda qəbul edəcək.

“Lion” - “Strasburq” 4:3
Qollar
: Nanasi, 3 (0:1), Tolisso, 45+2 (1:1), Santos, 48 (1:2), Emeqha, 58 (1:3), Maitland-Niles, 61 (2:3), Orban, 63 (3:3); 72 (4:3)

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM