COP29

"Qarabağ"ın yolunu gözlədiyi klubun rəhbəri: “İcazə verilməyəcək”

19 Noyabr 2024 03:00 Fransa 722
"Qarabağ"ın yolunu gözlədiyi klubun rəhbəri: “İcazə verilməyəcək”

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Lion”un maliyyə problemləri səbəbindən Liqa 2-yə göndəriləcəyi gözlənilir.

Sportinfo.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa klubunun rəhbəri Con Tekstor klubun əsas liqadan qovulmayacağını bildirib.

Belə ki, o, “Lion”un ikinci liqaya düşməkdən xilas etmək planlarının olduğunu söyləyib.

İş adamının planına görə, o, səhmlərinin 45%-ni , təxminən 200 milyon avroya “Kristal Pelas”a satacaq və təqribən 100 milyon avro daha çox gəlir əldə etmək məqsədi ilə birjaya çıxacaq.

Bununla yanaşı, Fransa nəhəngi əsas heyətdən bir neçə futbolçusunu satacaq. Klub rəhbəri qısa olaraq “səhmdarlardan heç biri klubun aşağı liqaya düşməsinə icazə verməyəcək” açıqlamasını verib.

Daha əvvəl komandanın gələn mövsümdə yarım milyard borc şəklində maliyyə problemlərinə görə Fransanın ikinci divizionuna göndəriləcəyi bildirilirdi. Klub həmçinin transfer qadağasına məruz qalacaq.

“Qarabağ” – “Lion” noyabrın 28-də Bakıda Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!
28 Yanvar 02:50 "Neftçi"də buna nail oldu
28 Yanvar 00:40 Qurban Qurbanov gedir?