COP29

PSJ-dən 18 milyon avroluq təklif - 20 yaşlı yarımmüdafiəçi üçün

20 İyun 01:40 Fransa 938
PSJ-dən 18 milyon avroluq təklif - 20 yaşlı yarımmüdafiəçi üçün

PSJ heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfp.az xəbər verir ki, Paris təmsilçisi "Lion"da çıxış edən Rayan Çerkini transfer etmək istəyir.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

PSJ 20 yaşlı yarımmüdafiəçi üçün onun klubuna 15+3 milyon avroluq rəsmi təklif göndərib. Keçidin qısa müddət ərzində tamamlanacağı bildirilir.

Rayan Çerki "Lion"un yetirməsidir. Fransa U-23 millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO