Özünə əlavə üç vəkil tutdu - Keçmiş klubundan pulunu almaq üçün

12 Aprel 10:20 Fransa 188
Özünə əlavə üç vəkil tutdu - Keçmiş klubundan pulunu almaq üçün

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe sabiq klubu PSJ-dən keçən mövsümün sonundan qalan ödənilməmiş maaşını almağa çalışır.

Sportinfo.az bu barədə “Relevo” nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Mbappenin hüquq komandasına cinayət və əmək işləri üzrə ixtisaslaşmış daha üç hüquqşünas qoşulub.

Mbappe Paris klubundan 2023/2024-cü il mövsümünün sonunda ona bonus olaraq ödənilməli olan 55 milyon avronu almaq niyyətindədir.

Qeyd edilən bonuslar ona “Real”a keçdiyi üçün ödənilməyib.

Bundan əlavə, Mbappenin vəkillərinin Fransa Futbol Federasiyasından mübahisəli işi UEFA-ya göndərməyi xahiş edib.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"