“Bütün təriflər onun anasına və atasına düşür”

8 Aprel 10:20 Fransa 276
“Bütün təriflər onun anasına və atasına düşür”

“Marsel”in baş məşqçisi Roberto De Zerbi komandanın hücumçusu Meyson Qrinvud haqda danışıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunu təbii istedad adlandırıb:

“Qrinvud təbii istedaddır. Bütün təriflər onun anasına və atasına düşür.

Mən də onun daha mükəmməl olmasına kömək etmək üçün buradayam. Onun qucaqlanmağa və ya ruhlandırıcı sözlərə ehtiyacı olanda, bunu məmnuniyyətlə edirəm.

Və ondan daha çox şey tələb etmək lazım olanda, mən də bunu etməliyəm, çünki bu mənim işimdir.

Hər şeydən əvvəl, mən ona kömək etmək istərdim ki, bu stadionda və bu azarkeşlər üçün o, oynamış ən böyük oyunçulardan biri kimi yadda qalsın.

Burada çox böyük oyunçular olub, amma məncə, Qrinvudun bu şəkildə xatırlanması üçün lazım olan bütün keyfiyyətləri var. Mən də onu inkişaf etdirməyə çalışıram”.

23 yaşlı forvard bu mövsüm 30 matçda 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti