
“Liverpul”un müdafiəçisi Vircil van Dayk PSJ-nin maraq dairəsindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu niderlandlı futbolçunu yay transfer pəncərəsi üçün prioritet hədəf kimi müəyyənləşdirib.
“Qırmızılar”ın kapitanı PSJ-də iki il ərzində təxminən 80 milyon avro qazana bilər və 33 yaşlı oyunçuya əhəmiyyətli imza bonusu da təklif ediləcək.
Onun “Liverpul”la hazırkı müqaviləsinin müddəti iyulda başa çatacaq və ona Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun da maraq göstərdiyi bildirilir.
Van Dayk bu mövsüm Arne Slotun komandasında 41 oyun keçirib və 3 qol vurub.