Təzyiq göstərir ki, klubu ilə yeni müqavilə imzalamasın

23 Mart 20:25 Fransa 765
Təzyiq göstərir ki, klubu ilə yeni müqavilə imzalamasın

PSJ “Barselona”nın vingeri Lamin Yamala təzyiq göstərir ki, klubu ilə yeni müqavilə imzalamasın.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Parislilərin planı Yamala hazırda “Real”ın şərəfini qoruyan fransalı forvard Kilian Mbappe ilə eyni maliyyə şərtli müqavilə təklif etməkdir.

PSJ ispaniyalı oyunçunu bu göstəricidə klubun rekordçusuna çevirməyə hazırdır.

Daha əvvəl mətbuatda Yamalın 18 yaşı tamam olanda “Barselona” ilə müqaviləsinin müddətini yaxşılaşdırılmış şərtlərlə uzadacağı barədə xəbərlər yayılmışdı.

17 yaşlı futbolçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm kataloniyalıların heyətində 38 matçda istirak edib, 13 qol vurub və 17 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti