“Ehtirasın yaşı olmur, xəyanət isə anadan oğula keçir” - FOTO

18:20 Fransa 172
“Ehtirasın yaşı olmur, xəyanət isə anadan oğula keçir” - FOTO

PSJ azarkeşləri Fransa liqasının 26-cı turunda “Marsel”lə (3:1) matçda sabiq oyunçuları Adrien Rabyo və onun anasına qarşı bannerlər açıblar.

Sportinfo.az xəbər verir ki, fanatlar açdıqları pankartda futbolçunu xəyanətdə ittiham ediblər.

Bannerlərdə bu sözlər yazılıb:

“Ehtirasın yaşı olmur, xəyanət isə anadan oğula keçir”.

“Sədaqət kişilər üçündür, xəyanət isə ... Anası necədirsə, oğlu da elədir”.

Paris klubunun azarkeşləri Rabyo hər topa toxunduğunda onu fitə basıblar.

29 yaşlı futbolçu 2024-cü ilin sentyabrında “Marsel”ə keçib. O, 2013-2019-cu illərdə 6 mövsüm ərzində PSJ-nin heyətində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti