Bu hərəkəti edən baş məşqçiyə ağır cəza: 9 ay diskvalifikasiya olundu - FOTOLAR

7 Mart 22:00 Fransa 551
Bu hərəkəti edən baş məşqçiyə ağır cəza: 9 ay diskvalifikasiya olundu - FOTOLAR

“Lion”un baş məşqçisi Paulo Fonseka ağır cəza alıb.

Sportinfo.az xəbər verir ki, o, futboldan 9 aylıq uzaqlaşdırılıb.

Buna səbəb isə portuqaliyalı mütəxəssisin Liqa 1-in 24-cü turunda “Brest”lə matçda baş hakim Benoit Milyoya qarşı etdikləridir.

Fonseka Matçın 90+4-cü dəqiqəsində VAR monitorina yaxınlaşan referiya sərt reaksiya göstərib, hakim isə onu qırmızı vərəqə ilə cəzalandırıb.

Məşqçi bu qərarla razılaşmayaraq hakimə hücum edib. Nəticədə o, 9 aylıq diskvalifikasiya olunub.

Paulo Fonsekaya futbolla bağlı bütün tədbirlərdə iştirak etmək qadağası qoyulub.


Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq