“Məni ona görə çox tənqid etdilər - Bu, bir ildə verdiyim ən yaxşı qərar idi”

16 Fevral 21:40 Fransa 305
“Məni ona görə çox tənqid etdilər - Bu, bir ildə verdiyim ən yaxşı qərar idi”

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın vingeri Osman Dembelenin hazırkı oyununa verdiyi töhfəni dəyərləndirib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Dembelenin UEFA Çempionlar Liqasında “Arsenal”la qarşılaşmada oynamasına məhz onun icazə vermədiyini bildirib:

“Mən Dembelenin UEFA Çempionlar Liqasında “Arsenal”la qarşılaşmada oynamasına icazə vermədim.

Bu, bir ildə verdiyim ən yaxşı qərar idi. Baxmayaraq ki, bundan sonra məni çox tənqid etdilər. Qalanını Dembele özü etdi”.

Fransalı futbolçu bu il 8 matçda iştirak edib, 15 qol vurub. Onun Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.

PSJ Fransa çempionatında liderlik edir və Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Brest”ə 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:50 Çək və bizə göndər!
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq