Portuqaliya klubuna keçdi - PSJ-nin keçmiş müdafiəçisi

00:20 Fransa 113
Portuqaliya klubuna keçdi - PSJ-nin keçmiş müdafiəçisi

“Monako”nun və PSJ-nin keçmiş müdafiəçisi Layvin Kurzava Portuqaliyada “Boavişta”ya keçib.

Sportinfo.az xəbər verir ki, tərəflər 6 ay müddətinə müqavilə imzalayıblar.

32 yaşlı futbolçu daha əvvəl 6 ay idi klubsuz qalmışdı.

Kurzava 2024-cü ilin yayında PSJ-dən ayrılmışdı. O, bu klubda demək olar ki, 9 il keçirib.

“Boavişta” Portuqaliya çempionatlnda mütləq autsayderlərdəndir. Komanda cəmi 12 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti