COP29

Tezliklə baş məşqçi postunu tərk edəcək – Rəhbərlik işindən narazıdır

00:10 Fransa 110
Tezliklə baş məşqçi postunu tərk edəcək – Rəhbərlik işindən narazıdır

“Renn”in rəhbərliyi komandanın baş məşqçisi Xorxe Sampaolinin işindən narazıdır.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis tezliklə məşqçi postunu tərk edəcək.

Sampaolinin qovulması ilə bağlı qərar artıq verilib. Bu yaxınlarda rəsmi olaraq elan olunacaq. O, noyabrın 12-dən Fransa klubunun baş məşqçisidir.

“Renn” Fransa çempionatının 19 turundan sonra 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Komanda Liqa 1-in növbəti oyununda fevralın 2-də doğma meydanda “Strasburq”u qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 10:00 “Qalatasaray”dan getdi