PSJ-nin baş məşqçisi Luis Enrike çətin start heyəti seçimi ilə bağlı sualı zarafatla cavablandırıb.
Sportinfo.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Bu qədər keyfiyyətli oyunçular, xüsusən də cinah oyunçuları olanda start heyəti seçmək çətindir?” sualına Enrike belə cavab verib:
“Arvadımdan soruşuram. O, futbol haqqında məndən çox bilir”.
PSJ Fransa çempionatının turnir cədvəlinə 47 xalla başçılıq edir.
Növbəti mərhələdə Luis Enrikenin yetirmələri “Brest”lə qarşılaşacaq. Matç fevralın 1-də baş tutacaq.
Yanvarın 29-da isə Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turu çərçivəsində PSJ Almaniyanın “Ştutqart” klubu ilə qarşılaşacaq.