“Lion”un yarımmüdafiəçisi Rayan Şerki İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Liverpul” hələ də 21 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Mersisayd klubunun nümayəndələri fransalı oyunçunun çıxışını diqqətlə izləyirlər.
“Lion” Şerkini yanvarda 22,5 milyon avroya sata bilər. O, Fransa çempionatının cari mövsümündə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.