COP29

"Özümü yaxşı hiss edirəm, düşünürəm ki, məni bu klubda sevirlər"

24 Yanvar 18:40 Fransa 133
"Özümü yaxşı hiss edirəm, düşünürəm ki, məni bu klubda sevirlər"

PSJ-nin qapıçısı Canluici Donnarumma komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı qolkiper burada özünü yaxşı hiss etdiyini söyləyib:

“Çox söz-söhbət var, amma mənim prioritetim PSJ ilə yeni müqavilə imzalamaqdır. Mən burada özümü yaxşı hiss edirəm, düşünürəm ki, məni bu klubda sevirlər”.

Daha əvvəl bildirilmişdi ki, “İnter” 25 yaşlı qapıçı ilə maraqlanır və Donnarumma o vaxta qədər parislilərlə müqaviləsini uzatmasa, cari mövsüm başa çatdıqdan sonra onunla danışıqlara başlaya bilər.

Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 17:50 Çək və bizə göndər!
24 Yanvar 11:40 Sağa-sola baxma!