COP29

Millinin baş məşqçi postundan ayrılacağı vaxtı açıqladı: “Dur” deməyi bacarmalıyıq”

8 Yanvar 18:20 Fransa 192
Millinin baş məşqçi postundan ayrılacağı vaxtı açıqladı: “Dur” deməyi bacarmalıyıq”

Didye Deşam dünya çempionatından sonra Fransa millisinin baş məşqçi postunu tərk etmək qərarını açıqlayıb.

Sportinfo.az RMC-ya istinadən xəbər verir ki, fransalı çalışdırıcı nə vaxtsa bunun baş verməli olduğunu bildirib:

“2026-cı il Fransa millisinin “sükanı arxasıında” sonuncu olacaq, o zaman müqaviləm başa çatır. O an hər şey dayanacaq. Nə vaxtsa bu baş verməlidir.

Qarşıdakı matçlar? Fransa millisinin ən yüksək səviyyədə çıxış etməsi üçün bundan sonra da eyni istək və həvəslə çalışacam.

Ancaq 2026-cı il ayrılmaq üçün mükəmməldir. Niyə işləməyə davam etmirəm?

Təbii ki, hər şey qaydasındadırsa, heç vaxt bitməsini istəmirik, amma “dur” deməyi bacarmalıyıq”.

Deşam Fransa millisinə 2012-ci ildən rəhbərlik edir.

Digər Xəbərlər
Xəbər Lenti